• Təqvim

  • Maraq



2 Fevral - Gənclər Gününə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib


Yanvarın 28-də Qazax Rayon Gənclər və İdman İdarəsinin 2022-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, 2 Fevral - Gənclər Gününə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.

Qazax Gənclər evində təşkil olunan yarışda ümumilikdə 28 nəfər şahmatçı qalib adı uğrunda mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında  Məmmədli Emin Elnur oğlu I yeri, Quliyev Qurban Zaməddin oğlu II yeri, Omarlı Onur Mehman oğlu və Bəxtiyarov Rəsul Əziz oğlu III yeri tutublar.

Qızlar arasında Məmmədli Aylin Elnur qızı I yeri, Oruclu Aylin Əfsun qızı isə II yeri qazanıblar.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları və medalları ilə təltif olunublar.






 

GOYEZEN.AZ



Facebook-da paylaş