• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş dama üzrə rayon turniri keçirilib


Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərə xalqımızın ehtiramı əbədidir.

Respublikamızın hər yerində olduğu kimi, 20 Yanvar faciəsinin 32-ci ildönümü Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Növbəti tədbir yanvarın 18-də Qazax Rayon Gənclər və İdman İdarəsinin  2022-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təşkil olunub.

Qazax Gənclər Evində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş dama üzrə rayon turniri keçirilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında  Alıyev Çingiz Elçin oğlu I yeri, Şahvələdli Elgün Coşqun Oğlu II yeri, Gümüşov Nurlan Rahib Oğlu III yeri, qızlar arasında Nəbiyeva Nərnin Anar qızı  I yeri, Dalıbaşhova Sona Rakhib qızı II yeri, Ələkbərova Fatimə Əli qızı isə III yeri tutub.   

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.








 

GOYEZEN.AZ



Facebook-da paylaş