20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş dama üzrə rayon turniri keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına əsasən Qazax Şahmat Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar şəhidlərinin xatirəsinə həsr olunmuş dama üzrə rayon turniri keçirilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 57 nəfər məktəbli qalib adı uğrunda mübarizə aparıb.
Yarışda I, II, III yerləri tutan idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş