• Təqvim

  • Unutma

  • Maraq



17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş Dama üzrə rayon turniri keçirilib


Noyabrın 17-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş Dama üzrə rayon turniri keçirilib.

"Qazax Gənclər evi”ndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən turnirdə ümumilikdə 14 nəfər iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən yarışda I yerləri Ələkbərova Fatimə Əli qızı, İsmayılov Elmar Rasim oğlu, II yerləri Nəbiyeva Nərmin Anar qızı, İsmayılov Rəsul Rasim oğlu, III yerləri isə Dalıbaşova Sona Rahib qızı, Hacıyev Yusif Möhtəc oğlu tutublar.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin Diplom və medalları ilə təltif ediliblər.










 

GOYEZEN.AZ



Facebook-da paylaş