Qazaxda 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş şahmat üzrə məktəblilər arasında rayon turniri keçirilib
Noyabrın 11-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindəndən 12 Noyabr
- Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş şahmat üzrə
məktəblilər arasında Qazax rayon turniri keçirilib "Qazax Gənclər
evi”ndə COVID-19 pandemiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin
yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən turnirdə 14 nəfər idmançı iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən
yarışda Bəxtiyarov Rəsul Əziz oğlu, Məhərrəmli Nurlan Zülfüqar oğlu I yeri,
Mustafayev Yusif Rəşid oğlu, İbrahimov Əli Ruslan oğlu II yeri, Qocayev
Murad Ələddin oğlu, Hüseynov Hüseyn Emin oğlu isə III yeri tutub. Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi
tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş