Əsas Səhifə > İdman > Qazaxda 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş şahmat üzrə məktəblilər arasında rayon turniri keçirilib

Qazaxda 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş şahmat üzrə məktəblilər arasında rayon turniri keçirilib


11-11-2021, 22:34


Noyabrın 11-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindəndən 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş şahmat üzrə məktəblilər arasında Qazax rayon turniri keçirilib

"Qazax Gənclər evi”ndə COVID-19 pandemiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən turnirdə 14 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Bəxtiyarov Rəsul Əziz oğlu, Məhərrəmli Nurlan Zülfüqar oğlu I yeri, Mustafayev Yusif Rəşid oğlu, İbrahimov Əli Ruslan oğlu  II yeri, Qocayev Murad Ələddin oğlu, Hüseynov Hüseyn Emin oğlu isə  III yeri tutub.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplom və medallarla təltif olunublar.











 

GOYEZEN.AZ


Geri qayıt