Qazaxda Beynəlxalq Gənclər Gününə həsr olunmuş stolüstü tennis üzrə rayon çempionatı keçirilib
Avqustun
12-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman Kompleksinin
birgə təşkilatçılığı ilə idarənin 2021-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş
tədbirlər planının icrası məqsədilə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr
olunmuş stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında Qazax rayon
çempionatı keçirilib. Yarışda
ümumilikdə 12 nəfər idmançı iştirak edib. Qazax
Olimpiya İdman Kompleksində gərgin və maraqlı keçən yarışda I yeri Əsədov Eşqin
Ələddin oğlu, II yeri Qasımlı Əliağa Ramil oğlu, III yeri isə Zeynalov Cavid
Ədalət oğlu tutub. Qaliblər Qazax Rayon Gənclər və
İdman İdarəsi tərəfindən müvafiq Diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş