Əsas Səhifə > İdman > Qazaxda Beynəlxalq Gənclər Gününə həsr olunmuş stolüstü tennis üzrə rayon çempionatı keçirilib

Qazaxda Beynəlxalq Gənclər Gününə həsr olunmuş stolüstü tennis üzrə rayon çempionatı keçirilib


12-08-2021, 18:47


Avqustun 12-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə idarənin 2021-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planının icrası məqsədilə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında Qazax rayon çempionatı keçirilib.

Yarışda ümumilikdə 12 nəfər idmançı iştirak edib.

Qazax Olimpiya İdman Kompleksində gərgin və maraqlı keçən yarışda I yeri Əsədov Eşqin Ələddin oğlu, II yeri Qasımlı Əliağa Ramil oğlu, III yeri isə Zeynalov Cavid Ədalət oğlu tutub.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Diplomlarla təltif olunublar.



 

GOYEZEN.AZ


Geri qayıt