• Təqvim

  • Unutma

  • Maraq



31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məktəbli oğlanlar arasında həndbol üzrə rayon turniri keçirilib


17-18 dekabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qazax Olimpiya İdman Kompleksində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məktəbli oğlanlar arasında həndbol üzrə rayon turniri keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, keçirilən yarışda qalib adı uğrunda 8 komandadan 81 nəfər idmançı iştirak edib. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası 1-ci, Qazax şəhər Səməd Vurgun adına 2 nömrəli tam orta məktəbin komandası 2-ci, İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin komandası isə 3-cü yeri tutub

Qalib komanda kubokla, 1,2,3 yerləri tutan komandaların üzvləri isə Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.








 

GOYEZEN.AZ



Facebook-da paylaş