Əsas Səhifə > İdman > 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məktəbli oğlanlar arasında həndbol üzrə rayon turniri keçirilib
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məktəbli oğlanlar arasında həndbol üzrə rayon turniri keçirilib18-12-2021, 18:50 |
17-18 dekabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qazax Olimpiya İdman Kompleksində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məktəbli oğlanlar arasında həndbol üzrə rayon turniri keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, keçirilən yarışda qalib adı uğrunda 8 komandadan 81 nəfər idmançı iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin komandası 1-ci, Qazax şəhər Səməd Vurgun adına 2 nömrəli tam orta məktəbin komandası 2-ci, İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin komandası isə 3-cü yeri tutub. Qalib komanda kubokla, 1,2,3 yerləri tutan komandaların üzvləri isə Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.
GOYEZEN.AZ Geri qayıt |