"Kitab klubu"nun növbəti görüşü keçirilib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti
görüşü keçirilib.
Gənclər görüşdə Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələrindən olan İlyas Əfəndiyevin 1954-cü ildə
qələmə aldığı "Atayevlər ailəsi"ni müzakirə ediblər.
Pyesdə
hadisələr Xosrov Atayevin ailəsində cərayan edir. Əsərdə konflikt olsa da,
sosial xarakter daşımır. Klub üzvləri bildirib ki, bu əsər öz aktuallığı,
dil-üslub xüsusiyyətləri ilə dramaturgiyamızın inkişafında yeni mərhələnin
mənzərəsini yaradıb.
GOYEZEN.AZ
Facebook-da paylaş