• Təqvim

  • Unutma

  • Maraq



"Kitab klubu"nun növbəti görüşü keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti görüşü keçirilib.

Gənclər görüşdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İlyas Əfəndiyevin həyat və yaradıcılığını müzakirə ediblər. 

Görüşdə qeyd olunub ki, İlyas Əfəndiyevin zəngin yaradıcılıq irsi özünün mövzu dairəsinə, əhatə imkanlarına görə olduqca genişdir. Ədib Azərbaycan dramaturgiyasında müstəsna xidmətlər göstərib. Belə ki, lirik-psixoloji dramaturgiyanın əsasının qoyulması da ədibin adıyla bağlıdır.


GOYEZEN.AZ



Facebook-da paylaş