• Təqvim

  • Unutma

  • Maraq



"Kitab klubu"nun növbəti onlayn görüşü keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti onlayn görüşü keçirilib.

Gənclər görüşdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığını müzakirə ediblər. 

Görüşdə qeyd olunub ki, ustad Şəhriyarın zəngin yaradıcılıq irsi özünün mövzu dairəsinə, əhatə imkanlarına görə olduqca genişdir. Şairi XX əsr  Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poeması olub. Elə buna görə də ustad Şəhriyarı "Heydərbaba şairi" də adlandırırlar.



 

GOYEZEN.AZ



Facebook-da paylaş