"Kitab klubu"nun növbəti görüşü keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti görüşü keçirilib.
Gənclər görüşdə ədəbiyyatımızda yeni tipli satiranın əsasını qoyan Mirzə Ələkbər Sabirin yaradıcılığını müzakirə ediblər.
Müzakirədə qeyd olunub ki, mollanəsrəddinçi satirik şeir məktəbinin əsasının qoyulması da sənətkarın adı ilə bağlıdır. Klub üzvləri görüşdə görkəmli satirikin "Fəhlə", "Əkinçi", "Oxutmuram, əl çəkin" kimi məşhur şeirlərini səsləndiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş