Əsas Səhifə > Gənclər > "Kitab klubu"nun növbəti görüşü keçirilib

"Kitab klubu"nun növbəti görüşü keçirilib


19-05-2022, 20:41


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti görüşü keçirilib.

Gənclər görüşdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İlyas Əfəndiyevin 1954-cü ildə qələmə aldığı "Atayevlər ailəsi"ni müzakirə ediblər. 

Pyesdə hadisələr Xosrov Atayevin ailəsində cərayan edir. Əsərdə konflikt olsa da, sosial xarakter daşımır. Klub üzvləri bildirib ki, bu əsər öz aktuallığı, dil-üslub xüsusiyyətləri ilə dramaturgiyamızın inkişafında yeni mərhələnin mənzərəsini yaradıb.

GOYEZEN.AZ


Geri qayıt