Gənclər bu dəfə görkəmli dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesini müzakirə ediblər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti onlayn görüşü keçirilib.
Gənclər görüşdə görkəmli dramaturq Cəfər Cabbarlının ailə-məişət mövzusunda qələmə aldığı "Solğun çiçəklər" pyesini müzakirə ediblər. Əsərdə pulun insanların əxlaqını pozaraq, daxili aləmlərinin eybəcərləşdirilməsindən, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncə verilməsindən bəhs edilir.
Pyesdə C.Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş