• Təqvim

  • Unutma

  • Maraq



Gənclər bu dəfə Xalq yazıçısı İsmayıl Şıxlının "Ölüləri qəbiristanda basdırın" əsərini müzakirə ediblər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib.

Gənclər görüşdə bu dəfə Xalq yazıçısı İsmayıl Şıxlının 1992-ci ildə qələmə aldığı "Ölüləri qəbiristanda basdırın" əsərini müzakirə ediblər. 

Əsərdə Cavanşirlə Həcərin münasibəti, qolçomaqların sürgünü və bu hadisə nəticəsində bitən həyatlardan bəhs edilir.

Gənclər bu hekayənin qolçomaqların sürgünü hissəsinə görə "Ölən dünyam" əsərinin ardı kimi anlaşıldığını qeyd ediblər. 

 

GOYEZEN.AZ



Facebook-da paylaş