Gənclər “Mədəniyyət klubu”nda bu dəfə fransız yazıçısı və filosufu Albert Kamyunun "Yad" əsərini müzakirə ediblər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib.
Gənclər görüşdə fransız yazıçısı və filosufu Albert Kamyunun "Yad" əsərini müzakirə ediblər. Kamyu deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunmuş "Yad" əsəridir.
Klub üzvləri qeyd ediblər ki, əsərin mövzusu çox sadədir və əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Daha sonra isə vurğulayıblar ki, romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Buradakı yadlaşma Kamyunun "absurd" fəlsəfəsindən doğur.
Yaşadığı topluma yadlaşmış birinin həyatının təsvir olunduğu bu əsər yeknəsəq həyat yaşayan bir insanın hansı hisslər keçirdiyini göstərir.
GOYEZEN.AZ
Facebook-da paylaş