• Təqvim

  • Maraq



“Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib.

Gənclər onlayn görüşdə rus yazıçısı Fyodor Dostoyevskinin "Gülməli adamın yuxusu" hekayəsini müzakirə ediblər. Klub üzvləri qeyd ediblər ki, əsərin adsız qəhrəmanı üçün hər şey mənasızdır. Heç nə onun vecinə deyil. Özünü öldürmək istədiyi gün yuxu görür. Apatiyaya qapılmış bu adam fantastik şəkildə dəyişilir, içindəki vecsizlik ab-havası bir saatın içində darmadağın olur və həqiqəti dərk edir: "Başqalarını da özün kimi sev, vacib olan budur”. 


 

GOYEZEN.AZ



Facebook-da paylaş