“Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib.
Gənclər görüşdə Azərbaycanın görkəmli yazıçısı, publisisti Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasını müzakirə ediblər.
Gənclər qeyd ediblər ki, "Ölülər" tragikomediyası ilə ədəbiyyatda cəhalət dünyasının qatı dumanlarının parçalanması başlanır. Daha sonra isə vurğulayıblar ki, "Ölülər" mənəvi əsarəti, fanatizmi və cəhaləti yıxıb dağıdan, Azərbaycan və ümumən türk-müsəlman dünyasının cəhalət və mövhumat əsarətindən xilası davasında atılmış atom bombası qədər təsirli və dahiyanə əsərdir.
GOYEZEN.AZ
Facebook-da paylaş