Gənclər bu dəfə görkəmli dramaturq Hüseyn Cavidin "İblis" pyesini müzakirə ediblər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin
"Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib. Gənclər onlayn görüşdə görkəmli
dramaturq Hüseyn Cavidin "İblis" pyesini müzakirə ediblər. Klub
üzvləri qeyd ediblər ki, əsərin Birinci Dünya müharibəsi illərində yazıya
alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi
düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına
nifrət hissləri oyatması ideyalarını əks etdirir. Əsərdəki faciənin mərkəzində duran
İblis simvolik obrazdır və bütün çirkin əməllərin mənbəyinin şəxsin özü
olduğunu sübut etməyə çalışır. Pyesdəki digər aparıcı obrazlardan Arif - ağıl
və vicdanın, Rəna - gözəllik və qürurun simvoludur. Şeyx İxtiyar - günahsızlıq
və səbir, İbn Emin - xəyanət, Xavər - təvazökarlıq və təqsirsizlik, Elxan -
qəhrəmanlıq və dürüstlüyü təmsil edir.
GOYEZEN.AZ
Facebook-da paylaş