Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə görkəmli dramaturq Hüseyn Cavidin "İblis" pyesini müzakirə ediblər

Gənclər bu dəfə görkəmli dramaturq Hüseyn Cavidin "İblis" pyesini müzakirə ediblər


10-06-2021, 16:48


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu”nda növbəti kitab müzakirəsi keçirilib.

Gənclər onlayn görüşdə görkəmli dramaturq Hüseyn Cavidin "İblis" pyesini müzakirə ediblər. Klub üzvləri qeyd ediblər ki, əsərin Birinci Dünya müharibəsi illərində yazıya alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyalarını əks etdirir.

Əsərdəki faciənin mərkəzində duran İblis simvolik obrazdır və bütün çirkin əməllərin mənbəyinin şəxsin özü olduğunu sübut etməyə çalışır. Pyesdəki digər aparıcı obrazlardan Arif - ağıl və vicdanın, Rəna - gözəllik və qürurun simvoludur. Şeyx İxtiyar - günahsızlıq və səbir, İbn Emin - xəyanət, Xavər - təvazökarlıq və təqsirsizlik, Elxan - qəhrəmanlıq və dürüstlüyü təmsil edir.




 

GOYEZEN.AZ


Geri qayıt