Gənclər bu dəfə Xalq şairi Səməd Vurğunun qələmə aldığı "Zəncinin arzuları" poemasını müzakirə ediblər
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti onlayn görüşü
keçirilib. Gənclər görüşdə bu dəfə Xalq
şairi Səməd Vurğunun 1948-ci ildə qələmə aldığı "Zəncinin arzuları"
poemasını müzakirə ediblər. Əsərdə
qaradərili insanların tapdalanan hüquqlarından, eləcə də irqi ayrı-seçkiliyə
qarşı aparılan mübarizədən bəhs edilir.
GOYEZEN.AZ
Facebook-da paylaş