"Gəncdən gəncə" silsilə fəaliyyətlərinə start verilib
Gənclərin İnkişaf və Karyera
Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Gəncdən gəncə"
silsilə fəaliyyətlərinə start verilib. Silsilə fəaliyyətlər çərçivəsində
ilk olaraq Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, könüllümüz
Məmməd Cəfərli tərəfindən "Help desk" mövzusunda təqdimat həyata
keçirib. Təqdimat aşağıdakı başlıqları əhatə
edib: - "Help desk" nədir?; - Masaüstü kompüterin avadanlıqları
və aksesuarları; - Kompüter şəbəkələri və şəbəkə
avadanlıqları və s. Diskussiya şəraitində keçən
təqdimatda gənclərin sualları cavablandırılıb, eləcə də müxtəlif enercayzerlər
oynanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş