Növbəti təlim "Şəxslərarası konfliktlərin dərk edilməsi" mövzusunda reallaşıb
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən "Şəxsi inkişaf" təlimləri davam edir.
Növbəti təlim biznes təlimçi Nazim Əliyevin təqdimatında "Şəxslərarası konfliktlərin dərk edilməsi" mövzusunda reallaşıb.
Təlim aşağıdakı başlıqları əhatə edib:
- Konflikt anlayışı;
- Konfliktin səbəbləri;
- Konfliktin növləri;
- Münaqişənin 4 mümkün nəticəsi;
- Strategiyalar;
- İstinad nərdivanı.
Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb, eləcə də təlimin maraqlı olması üçün müxtəlif enercayzerlər oynanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş