• Təqvim

  • Maraq



"Şəxsi inkişaf" təlimləri davam edir


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Şəxsi inkişaf" təlimləri davam edir.

Növbəti belə təlim "Real TV"nin müxbiri Gəray Qiyasovun təqdimatında "Nitqin inkişafı" mövzusunda reallaşıb.

Qonaq televiziyaya gəlişi, bu sahədə çalışmaq üçün vacib olan əsas bacarıqlar barədə danışıb və təcrübəsini iştirakçılarla bölüşüb. G.Qiyasov bildirib ki, peşəkar mühitdə özünü uğurlu bir mütəxəssis kimi təsdiqləmək istəyən hər bir şəxs öz diksiyasının, nitqinin üzərində işləməli və qüsurları aradan qaldırmağa çalışmalıdır. Təlimdə həmçinin gələcəkdə özünü jurnalist kimi sınamaq istəyən gənclərə tövsiyələr də verilib.

Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb.






 

GOYEZEN.AZ



Facebook-da paylaş