"Şəxsi inkişaf təlimləri" keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Şəxsi inkişaf təlimləri" keçirilib.
Təlim çərcivəsində növbəti görüş klinik psixoloq, ailə və uşaq psixoloqu, yaşam kouçu Ruhiyyə Rüstəmovanın təqdimatında "Dəyişən düşüncəmdə yeni MƏN" mövzusunda reallaşıb.
Onlayn təlim aşağıdakı başlıqları əhatə edib:
Mən kiməm?;
Gün ərzində boş ve yanlış xərclədiyimiz zamanda itirdiyimiz uğurlar;
Daxili məndən olan gözləntilər;
Düzgün hədəflərin seçimində yanlışımız;
Gələcəyə köklənən uğurlu beyin və s.
Gənclərə verilən fərdi işlər üzərindən maraqlı müzakirələr həyata keçirilib, müxtəlif əyləncəli tapşırıqlar edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş