• Təqvim

  • Unutma

  • Maraq



"Karyeram" layihəsi çərçivəsində "Liderlik" mövzusunda onlayn təlim keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Karyeram" layihəsi çərçivəsində "Liderlik" mövzusunda onlayn təlim keçirilib.

Təlim Bakı Mühəndislik Universitetinin Riyaziyyat-İnformatika kafedrasının baş müəllimi, təlimçi Bəhman Qüdsinin təqdimatında reallaşıb.

"Zoom" platformasında reallaşan təlim aşağıdakı başlıqları əhatə edib: 

Liderlik nədir?;

Liderlə rəhbərin fərqləri;

Liderin başlıca xüsusiyyətləri;

Liderin əsas vəzifələri;

Liderlikdə kreativlik;

Liderlikdə problem həlletmə bacarığı; Liderlikdə komanda yaratma bacarığı;

Liderlikdə zəkanın rolu və s.

GOYEZEN.AZ



Facebook-da paylaş