Əsas Səhifə > Gənclər > "Karyeram" layihəsi çərçivəsində "Liderlik" mövzusunda onlayn təlim keçirilib

"Karyeram" layihəsi çərçivəsində "Liderlik" mövzusunda onlayn təlim keçirilib


22-08-2021, 13:33


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Karyeram" layihəsi çərçivəsində "Liderlik" mövzusunda onlayn təlim keçirilib.

Təlim Bakı Mühəndislik Universitetinin Riyaziyyat-İnformatika kafedrasının baş müəllimi, təlimçi Bəhman Qüdsinin təqdimatında reallaşıb.

"Zoom" platformasında reallaşan təlim aşağıdakı başlıqları əhatə edib: 

Liderlik nədir?;

Liderlə rəhbərin fərqləri;

Liderin başlıca xüsusiyyətləri;

Liderin əsas vəzifələri;

Liderlikdə kreativlik;

Liderlikdə problem həlletmə bacarığı; Liderlikdə komanda yaratma bacarığı;

Liderlikdə zəkanın rolu və s.

GOYEZEN.AZ


Geri qayıt