• Təqvim

  • Unutma

  • Maraq



"Karyeram" layihəsi çərçivəsində "İnsan mühəndisliyi" mövzusunda növbəti onlayn təlim keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Karyeram" layihəsi davam edir. 

Layihə çərçivəsində növbəti onlayn təlim "İnsan mühəndisliyi" mövzusunda keçirilib.

Təlim: 

 İnsan mühəndisliyi nədir?; 

 İnsan mühəndisliyini həyatımıza necə tətbiq edə bilərik?;

 İnsan mühəndisliyinin inkişaf alətləri kimi mövzuları əhatə edib.

23 gənc iştirak etdiyi təlim "Brain Design" Akademiyasının karyera inkişafı üzrə mütəxəssisi Orxan Mahmudovun təqdimatında reallaşıb.


GOYEZEN.AZ



Facebook-da paylaş