"Nitq mədəniyyəti" mövzusunda növbəti onlayn təlim keçirilib
Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət
Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının birgə
təşkilatçılığı ilə "İçindəki səni kəşf et" təlimlər silsiləsi davam
edir.
"Nitq
mədəniyyəti" mövzusunda növbəti onlayn təlim karyera xidmətləri üzrə
mütəxəssis Fəxrəddin Abdullayevin təqdimatında "Zoom" platformasında
keçirilib.
Təlim:
Diksiya
nədir?;
Diksiyanın
əsasları;
Nitq və
natiq;
Natiqin 3
üslubu;
Nə üçün
çıxış edirik? - kimi başlıqları əhatə edib.
Sonda təlim
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş