• Təqvim

  • Maraq



"Rəqəmsal GəncliyimİZ" layihəsinə start verilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Tovuz KOB İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Rəqəmsal GəncliyimİZ" layihəsinə start verilib.

Layihə çərçivəsində ilk təlim Tovuz KOB İnkişaf Mərkəzinin təlimçisi Müşfiq Cahatzadənin təqdimatında "SMM və İT həlləri" mövzusunda reallaşıb. 

Təlim aşağıdakı başlıqları əhatə edib:

İT haqqında ilkin anlayışlar;

Kompüter şəbəkələri; 

Proqramlaşdırma istiqamətləri; 

Dizayn haqqında ilkin anlayışlar; 

SMM nədir?  

Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb, eləcə də müxtəlif enercayzerlər oynanılıb.


 


GOYEZEN.AZ



Facebook-da paylaş