"Əməli yazı nümunələrini birlikdə öyrənək" layihəsinə start verilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Əməli yazı nümunələrini birlikdə öyrənək" layihəsinə start verilib.
İlk təlim Bakı Dövlət Universitetinin Qazax filialının Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Carçıyevanın təqdimatında reallaşıb.
Təlim aşağıdakı başlıqları əhatə edib:
- Əməli yazı nümunələrinin yazılma üsulları;
- Ərizə necə yazılır?;
- İzahat yazarkən nələrə diqqət etmək lazımdır?;
- Tərcümeyi-hal necə yazılır?;
- Protokolun yazılma qaydası;
- Arayış yazarkən diqqət etməli olduğumuz nüanslar nələrdir? və s.
Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb, eləcə də təlimin maraqlı olması üçün müxtəlif enercayzerlər oynanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş