Əsas Səhifə > Gənclər > "Gəncdən gəncə" silsilə fəaliyyətlərinə start verilib

"Gəncdən gəncə" silsilə fəaliyyətlərinə start verilib


1-03-2022, 19:49


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Gəncdən gəncə" silsilə fəaliyyətlərinə start verilib. 

Silsilə fəaliyyətlər çərçivəsində ilk olaraq Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, könüllümüz Məmməd Cəfərli tərəfindən "Help desk" mövzusunda təqdimat həyata keçirib.

Təqdimat aşağıdakı başlıqları əhatə edib:

- "Help desk" nədir?;

- Masaüstü kompüterin avadanlıqları və aksesuarları;

- Kompüter şəbəkələri və şəbəkə avadanlıqları və s.

Diskussiya şəraitində keçən təqdimatda gənclərin sualları cavablandırılıb, eləcə də müxtəlif enercayzerlər oynanılıb.



 

GOYEZEN.AZ


Geri qayıt