• Təqvim

  • Unutma

  • Maraq



Qazax gəncləri 2 fevral - Azərbaycan Gəncləri Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət ediblər


Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən,2 fevral - Azərbaycan Gəncləri Günüdür. Gənclərimiz Ulu Öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 25 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər.

Qazaxda 2 fevral - Azərbaycan Gəncləri Günündə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz, gənclərimiz də unudulmayıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları, könüllüləri şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət ediblər.

Gənclər abidə önünə tər qərənfillər düzərək torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla anıblar. Abidə Kompleksində şəhidlərimizin şəkillərinin nümayiş olunduğu monitoru, haqqında yazılmış məlumat lövhələrini izləməklə igid oğullarımızı yaxından tanıyıblar. 





 

GOYEZEN.AZ



Facebook-da paylaş