17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş onlayn vebinar keçirilib
Noyabrın 17-də Qazax Rayon
Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığıilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr
olunmuş onlayn vebinar keçirilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi
Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək vebinar iştirakçılarını
salamlayıb, səmimi ürək sözlərini çatdırıb. V.Nəbiyev qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpa
olunmasında tarixi rol oynamış, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən
biri 17 Noyabr – Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının hüquq və mənafelərini
qorumayan, ermənilərin Azərbaycana qarşı torpaq iddialarını, erməni
separatizmini və terrorunu dəstəkləyən bir rejimə qarşı kütləvi xalq hərəkatı
1988-ci il noyabrın 17-də başlandı. Tarixin bugünü xalq Bakı şəhərində Azadlıq
meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet
imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşərək
bütün dünyaya sübut etdi ki, azad olmağa layiq xalqdır. Ümummilli Lider Heydər Əliyev xalqın istiqlal
ruhunu ölməyə qoymadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası
Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Naxçıvan Muxtar
Respublikası adından "Sovet" və "Sosialist” sözlərinin çıxarılması
müstəqillik qazanılması yolunda çox böyük tarixi addım oldu. Milli dirçəlişdən
milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Qüdrətli xalq hərəkatının
əzəməti respublikamızın bütün şəhər və rayonlarını bürüdü.Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan
sonra 17 noyabr tarixi xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa
başladı. Bu gün xalqımız Milli Dirçəliş Gününü möhtəşəm Qələbə ilə qeyd edir. Bu il xalqımız Milli Dirçəliş
Gününü 30 ildir doğma torpaqlarımızın 20 faizini işğal altında saxlayan, 28 il ərzində
ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin
tələblərinə məhəl qoymayan Ermənistanın silahlı qüvvələrinə qarşı Böyük Vətən
savaşında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfər ili ilə birgə
keçirir. Sonra vebinar iştirakçılarından Qazax Rayon Gənclər və
İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər
Təşkilatının sədri Elvira Əfəndiyeva, Bakı Dövlət Universitetinin Qazax
filialının tələbələri Aysel Hüseynova, Raziyə Sanılı, Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin tələbəsi Nəzrin Rəhimova mövzu ətrafında geniş çıxış ediblər. Çıxışlarda xalq olaraq qazandığımız tarixi Qələbəyə,
şanlı Zəfərə görə Ali Baş Komandan İlham Əliyevə, Vətən üçün canlarından keçən
şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuz vurğulanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş