Əsas Səhifə > Gənclər > 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş onlayn vebinar keçirilib

17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş onlayn vebinar keçirilib


17-11-2021, 14:31


Noyabrın 17-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığıilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş onlayn vebinar keçirilib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək vebinar iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. V.Nəbiyev qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri 17 Noyabr – Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan, ermənilərin Azərbaycana qarşı torpaq iddialarını, erməni separatizmini və terrorunu dəstəkləyən bir rejimə qarşı kütləvi xalq hərəkatı 1988-ci il noyabrın 17-də başlandı. Tarixin bugünü xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, azad olmağa layiq xalqdır. Ümummilli Lider Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Naxçıvan Muxtar Respublikası adından "Sovet" və "Sosialist” sözlərinin çıxarılması müstəqillik qazanılması yolunda çox böyük tarixi addım oldu. Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Qüdrətli xalq hərəkatının əzəməti respublikamızın bütün şəhər və rayonlarını bürüdü.Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan sonra 17 noyabr tarixi xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

Bu gün xalqımız Milli Dirçəliş Gününü möhtəşəm Qələbə ilə qeyd edir. Bu il xalqımız Milli Dirçəliş Gününü 30 ildir doğma torpaqlarımızın 20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistanın silahlı qüvvələrinə qarşı Böyük Vətən savaşında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfər ili ilə birgə keçirir. 

Sonra vebinar iştirakçılarından Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Aysel Hüseynova, Raziyə Sanılı, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Nəzrin Rəhimova mövzu ətrafında geniş çıxış ediblər. Çıxışlarda xalq olaraq qazandığımız tarixi Qələbəyə, şanlı Zəfərə görə Ali Baş Komandan İlham Əliyevə, Vətən üçün canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuz vurğulanıb.








GOYEZEN.AZ


Geri qayıt