Qazaxda 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Noyabrın 12-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin birgə təşkilatçılığı ilə 12
Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş dəyirmi
masa keçirilib. "Qazax Gənclər evi”ndə COVID-19 pandemiyasına qarşı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tələblərinə
uyğun olaraq keçirilən tədbirdə
ümumilikdə 24 nəfər iştirak edib. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş
sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən
söz açıb. V.Nəbiyev qeyd edib ki, müstəqil Azərbaycanın Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də
keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin
Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Dövlət müstəqilliyinin bərpa
olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə
həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla
yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna
yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri
olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət
quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin
siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə
ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan
mükəmməl və mütərəqqi sənəd idi. Sonra Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə
Hüseynova, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin
direktoru Ruslan Rzayev, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri
Hikmət Hünbətzadə və Kənan Çıraqlı mövzu ətrafında geniş çıxış ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş