• Təqvim

  • Unutma

  • Maraq



17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Xalqın azadlıq arzusu” başlıqlı dəyirmi masa keçirilib


Noyabrın 17-də Qazax Rayon Heydər Əliyev Mərkəzində 17 Noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar "Xalqın azadlıq arzusu” başlıqlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş "Zəfər qoxulu Milli Dirçəliş Günü” adlı filmin nümayişi ilə başlayıb.


Tədbirdə şagirdlərə Azərbaycanın Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan geniş bəhs olunub.

Mərkəzin Baş fond mühafizi Səidə Qocayeva bildirib ki, ötən əsrin sonlarında Sovet imperiyasının Azərbaycana qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. Ermənistan Dağlıq Qarabağda Azərbaycana qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdiyi vəhşiliklər, Ağdamda soydaşlarımızın qətlə yetirilməsi, Azərbaycan əhalisinin Ermənistandan deportasiyası milli hərəkata vüsət verdi. Milli Azadlıq Meydanında fasiləsiz mitinqlər başlandı. Belə bir vaxtda Ümummilli Lider Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Naxçıvan Muxtar Respublikası adından "Sovet" və "Sosialist” sözlərinin çıxarılması müstəqillik qazanılması yolunda çox böyük tarixi addım oldu. Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Bu gün xalqımız Milli Dirçəliş Gününü möhtəşəm Qələbə ilə qeyd edir. Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Bu, hər bir ölkə vətəndaşı üçün qürurvericidir. Ən əsası da xalq olaraq qazandığımız tarixi Qələbəyə, şanlı Zəfərə görə Ali Baş Komandan İlham Əliyevə, Vətən üçün canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borcluyuq.



GOYEZEN.AZ



Facebook-da paylaş