"İntiharlara YOX deyək" layihəsi çərçivəsində sonuncu təlim keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə
dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına
Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "İntiharlara
YOX deyək" layihəsi çərçivəsində beşinci təlim keçirilib. Təlimçi Aynur
Bünyatova tərəfindən keçirilən budəfəki təlimin mövzusu "Mübahisələri həlletmə”
olub. Qeyd edək ki, layihə çərçivəsində həmçinin mövzu ilə bağlı
sosial çarxın çəkilişi nəzərdə tutulur.
GOYEZEN.AZ
Facebook-da paylaş