"İntiharlara YOX deyək" layihəsi çərçivəsində üçüncü təlim keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə
dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına
Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "İntiharlara
YOX deyək" layihəsi çərçivəsində üçüncü təlim keçirilib. Təlimçi
Aynur Bünyatova tərəfindən keçirilən bu dəfəki təlimin mövzusu "Sağlam özünü
qiymətləndirmə” olub. Təlim zamanı gənclərlə praktik məşğələlər təşkil olunub.
Qeyd edək ki, layihə çərçivəsində daha iki təlimin
keçirilməsi, həmçinin mövzu ilə bağlı sosial çarxın çəkilişi nəzərdə tutulur.
GOYEZEN.AZ
Facebook-da paylaş