Əsas Səhifə > Gənclər > "İntiharlara YOX deyək" layihəsi çərçivəsində üçüncü təlim keçirilib
"İntiharlara YOX deyək" layihəsi çərçivəsində üçüncü təlim keçirilib7-11-2021, 22:45 |
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "İntiharlara YOX deyək" layihəsi çərçivəsində üçüncü təlim keçirilib. Təlimçi Aynur Bünyatova tərəfindən keçirilən bu dəfəki təlimin mövzusu "Sağlam özünü qiymətləndirmə” olub. Təlim zamanı gənclərlə praktik məşğələlər təşkil olunub. Qeyd edək ki, layihə çərçivəsində daha iki təlimin keçirilməsi, həmçinin mövzu ilə bağlı sosial çarxın çəkilişi nəzərdə tutulur.
GOYEZEN.AZ Geri qayıt |