"İntiharlara YOX deyək" layihəsi çərçivəsində ilk təlim baş tutub
Azərbaycan Respublikasının
Gənclər Fondunun maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin
İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata
keçirilən "İntiharlara YOX deyək" layihəsi çərçivəsində ilk təlim baş
tutub. "Həyat bütün
xəzinələrdən daha qiymətlidir" təlimi Bakı Dövlət Universitetinin
müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatovanın iştirakı ilə
Qazax Gənclər Evində gerçəkləşib. Qeyd edək ki, layihə
çərçivəsində daha dörd təlimin keçirilməsi nəzərdə tutulur.
GOYEZEN.AZ
Facebook-da paylaş