"İntiharlara YOX deyək" layihəsi çərçivəsində ikinci təlim keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə
dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına
Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "İntiharlara
YOX deyək" layihəsi çərçivəsində ikinci təlim keçirilib. İkinci təlimin mövzusu "Stressin idarə edilməsi və
emosiyaların tənzimlənməsi” olub. Təlimçi Aynur Bünyatova tərəfindən
keçirilən təlim zamanı iştirakçılar müxtəlif psixoloji testləri yerinə
yetiriblər. Qeyd edək ki, layihə çərçivəsində
daha üç təlimin keçirilməsi, həmçinin mövzu ilə bağlı sosial çarxın çəkilişi
nəzərdə tutulur.
GOYEZEN.AZ
Facebook-da paylaş