Əsas Səhifə > Gənclər > "İntiharlara YOX deyək" layihəsi çərçivəsində ikinci təlim keçirilib
"İntiharlara YOX deyək" layihəsi çərçivəsində ikinci təlim keçirilib6-11-2021, 16:17 |
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "İntiharlara YOX deyək" layihəsi çərçivəsində ikinci təlim keçirilib. İkinci təlimin mövzusu "Stressin idarə edilməsi və emosiyaların tənzimlənməsi” olub. Təlimçi Aynur Bünyatova tərəfindən keçirilən təlim zamanı iştirakçılar müxtəlif psixoloji testləri yerinə yetiriblər. Qeyd edək ki, layihə çərçivəsində daha üç təlimin keçirilməsi, həmçinin mövzu ilə bağlı sosial çarxın çəkilişi nəzərdə tutulur.
GOYEZEN.AZ Geri qayıt |