"İntiharlara YOX deyək" layihəsi çərçivəsində dördüncü təlim keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun
maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual
İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən
"İntiharlara YOX deyək" layihəsi çərçivəsində dördüncü təlim
keçirilib. Təlimçi Aynur Bünyatova tərəfindən
keçirilən budəfəki təlimin mövzusu "Mübahisələri həlletmə” olub. Təlimlərin keçirilməsində Gənclərin İnkişaf
və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi"
Sosial Xidmət Müəssisəsi tərəfdaş qismində iştirak edir. Qeyd edək ki, layihə
çərçivəsində daha bir təlimin keçirilməsi, həmçinin mövzu ilə bağlı sosial
çarxın çəkilişi nəzərdə tutulur.
GOYEZEN.AZ
Facebook-da paylaş