Əsas Səhifə > Gənclər > "İntiharlara YOX deyək" layihəsi çərçivəsində dördüncü təlim keçirilib

"İntiharlara YOX deyək" layihəsi çərçivəsində dördüncü təlim keçirilib


8-11-2021, 21:24


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "İntiharlara YOX deyək" layihəsi çərçivəsində dördüncü təlim keçirilib. Təlimçi Aynur Bünyatova tərəfindən keçirilən budəfəki təlimin mövzusu "Mübahisələri həlletmə” olub.

Təlimlərin keçirilməsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi tərəfdaş qismində iştirak edir. 

Qeyd edək ki, layihə çərçivəsində daha bir təlimin keçirilməsi, həmçinin mövzu ilə bağlı sosial çarxın çəkilişi nəzərdə tutulur.

 

GOYEZEN.AZ


Geri qayıt