Qazaxlı gənclər “Hərbi Qənimətlər Parkı”na ekskursiya ediblər
1-2 noyabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən tarixi Zəfərin birinci ildönümü ilə əlaqədar rayonun bir qrup fəal gəncinin, Vətən müharibəsi qazilərinin və qazi övladlarının Bakı şəhərində yerləşən "Hərbi Qənimətlər Parkı”na ekskursiyası təşkil olunub.
8 Noyabr – Zəfər Günü ərəfəsində təşkil olunmuş ekskursiya zamanı gənclər əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzərək dahi şəxsiyyətə olan ehtiramlarını bildiriblər.
Daha sonra gənclər II Fəxri Xiyabanda İkinci Qarabağ müharibəsində qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, tər qərənfillər düzərək igid Vətən oğullarını ehtiramla anıblar.
2 noyabrda isə gənclər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunduğu "Hərbi Qənimətlər Parkı”na ekskursiya ediblər. 19 nəfərin iştirak etdiyi ekskursiyada gənclər "Hərbi Qənimətlər Parkı” ilə yaxından tanış olub, ətraflı məlumat əldə ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş