• Təqvim

  • Maraq



Gənclər "Hərbi Qənimətlər Parkı"na virtual ekskursiya ediblər


Noyabrın 2-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "ZəfərimİZ" layihəsi çərçivəsində gənclərin "Hərbi Qənimətlər Parkı"na virtual ekskursiyası təşkil edilib.

8 Noyabr – Zəfər Günü ərəfəsində Heydər Əliyev Mərkəzində təşkil olunan ekskursiya zamanı iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.

 

Sonra Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında məğlubiyyətə uğrayan düşməndən qənimət götürülmüş hərbi texnikaların nümayiş etdirildiyi "Hərbi Qənimətlər Parkı”na virtual ekskursiya təşkil edilib.

Gənclərə "Hərbi Qənimətlər Parkı” haqqında məlumat verilib. Bildirilib ki, burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən qənimət götürülən hərbi qənimətlərin bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri nümayiş olunur.

Parka gələnlər Vətən müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə, 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Həmçinin, parkda Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri avtomobillərin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi, yaralanması barədə faktlar, eləcə də düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İskəndər-M” raketinin qalıqları nümayiş etdirilir.



 

GOYEZEN.AZ



Facebook-da paylaş