Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sosial fəaliyyətlər klubu"nun üzvləri tərəfindən maraqlı aksiya keçirilib
1 İyun - Uşaqların
Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
silsilə tədbirlərlə qeyd edilib. İyunun 1-də Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sosial fəaliyyətlər
klubu" da maraqlı aksiyaya imza atıb. Klub üzvləri 1 İyun -
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax şəhər Heydər Əliyev
adına parkda uşaqlara hədiyyələr paylayıblar. "Həyat sizinlə gözəldir,
əziz uşaqlar!” devizi altında baş tutan aksiya körpə balalar və valideynləri
tərəfindən maraqla qarşılanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş